"Brent" markalı neftin qiyməti 83,81 dollara çatdı

22:52 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 19:29 üçun (Bakı vaxtı) 0,46 faiz bahalaşaraq 83,8 dollar/barel təşkil edib.

Hafta.az-ın məlumatına görə, "WTI" markalı neftin dekabr fyuçerslərinin qiyməti Nyu-York ticarət birjasında 1 faiz bahalaşaraq 82,75 dollar/barel təşkil edib.

Treyderlər ABŞ-da neft, benzin və distillələrin kommersiya ehtiyatları haqqında ölkənin Energetika Nazirliyinin sabah dərc edəcəyi həftəlik hesabatı gözləyirlər.