"Brent" neftinin qiyməti 130 dolları ötüb

11:02 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2,23% artaraq 1 barelə görə 130,83 dollar təşkil edib.

 

Hafta.az-ın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,91% artaraq 126,06 dollara çatıb.