Yazını böyüt
Yazını kiçilt
"Ermənistanın Azərbaycana qarşı təcavüzkar davranışını və hücumunu qətiyyətlə pisləyirik".
Hafta.az-ın yazdığına görə, bu sözləri İnsan Haqları üzrə səfir və İslamabadın baş müftisi, Ulama Aman Committee Pakistan-ın sədri, doktor Müfti Akel Pirzadə deyib.

"Qardaş ölkəmiz Azərbaycanın igid əsgərləri şəhid olub və biz buna görə azərbaycanlı qardaşlarımıza ürəkdən başsağlığı veririk. Hər biriniz bilin ki, bütün pakistanlı qardaşlarınızın ürəyi şəhidlərin ailəsi ilə döyünür. Allah bizləri düşmənin hücumlarından və sui-qəsdlərindən qorusun. Amin!", - cənab Pirzadə bildirib.