"Donbas heç vaxt Rusiyaya verilməyəcək” - Zelenski

19:49 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sülh müqaviləsi çərçivəsində Donbas əraziləri heç bir halda Rusiyaya verilməyəcək və kompromis yolu axtarılmalıdır.
 
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, Litvanın paytaxtı Vilnüsə səfəri zamanı keçirilən mətbuat konfransında o, vurğulayıb ki, Ukraynanın mövqeyi dəyişməzdir və ərazilərdən imtina olunmayacaq.
 
Prezident əlavə edib ki, ABŞ tərəfindən Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri barədə sənəd artıq tam hazırdır. İndi təkcə imzalanma tarixi və yeri gözlənilir. Sənəd təsdiqləndikdən sonra ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək.