"Əlcəzairli tələbələr ölkələrinin azadlığı üçün işğalçıya qarşı mübarizəyə qoşuldular" - Əlcəzair səfiri

09:21 19.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əlcəzair hər il 1956-cı ilin unudulmaz tarixini - may ayının 19-nu tələbə günü kimi qeyd edir. Belə ki, bu tarixdə Əlcəzairli tələbələr birmənalı olaraq bütün dünyaya səs salaraq, ölkələrinin azadlığı və fransız müstəmləkəçiliyindən qurtulması üçün xalqları ilə bir olduqlarını və haqq yoluna sadiq qaldıqlarını elan etməklə işğalçıya qarşı mübarizəyə qoşuldular".

Bu fikirlər Əlcəzairin ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məqlədə səslənir. Məqalədə qeyd edilir ki, məktəb partalarını tərk edərək qələmlərin silahlarla əvəz olunduğu meşələrdə öz biliklərinin və vətənpərvərlik hislərinin gücü sayəsində həqiqətən də ən gözəl fədakarlıq nümunəsi göstərdilər. Artıq saxta sülhə qapılmayıb, vətənin azadlığı və xalqın ləyaqəti bərpa olunana qədər fəaliyyətsiz durmaqdan imtina etdilər.

"Bu tarixi qərar onların millətçilik şüurlarını və siyasi yetkinliklərini ən yaxşı şəkildə əks etdirir, yalnız vətənə məhəbbət və onun haqq yolunda ədalətinə inamla dolu elitadan çıxa biləcək sarsılmaz qətiyyəti təcəssüm etdirirdi. Bu tələbələrin düşüncəsində, insanı əsarətdən qurtarmaq üçün istifadə edilməyən bir elm boş idi. Onlar tariximizin ən şərəfli səhifələrini imzalayaraq azadlıq və insan ləyaqətinin müdafiəsinə qoşuldular. Öz biliklərini inqilab yolunda həsr etməklə, vicdanları, yetkinlik və fədakarlıqları sayəsində azadlıq hərəkatını daha səmərəli və təsirli etdilər", - məqalədə yazlır.

Bu yaddaqalan gündə Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak, onlara öz dahiliklərini və enerjilərini vətənlərinin xidmətinə verərək ölkələrinin bütün vacib görüşlərindəki töhfələrinə və iştiraklarına görə hörmət göstərmək üçün bir mesaj göndərib.

Milli Tələbə Gününün qeyd olunduğu tarix bu ilki qanunverici seçkilər ərəfəsinə təsadüf edir. Bu seçkilər onlara avqust forumunda iştirak etməyi, hər kəsin töhfəsinin qiymətləndirildiyi bir Əlcəzair qurma, dialoq və mübahisə mədəniyyətinin qurulmasında yaradıcı və yenilikçi fikirlərlə qatılmaq imkanı verir.

Məqalənin sonluğu xanım səfirin aşağıdakı təbriki ilə tamamlanır: «Milli Tələbə Günü fürsətindən istifadə edərək Əlcəzairdə və Bakı da daxil olmaqla, digər regionlarda biliklərini və mənəviyyatını millətinin Vətəninin xidmətinə vermiş tələbələrimizə təşəkkür etmək istəyirəm. Yaradıcı və yenilikçi fikirlərinizə hər zamankından daha çox ehtiyac duyan Əlcəzairdə bütün arzularınızın həyata keçməsini diləyirəm. Bu gündə sizə ən xoş arzularımı çatdırıram».