"Ermənistanda heç bir siyasi qrup dəhliz yaradılmasını istəmir" - Benyamin Pogosyan

20:00 02.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşmasına qəti şəkildə isti yanaşmayan, tarixi məsələlərdən başqa, bu ölkəyə sonuncu müharibədə Azərbaycana verdiyi dəstəkdən dolayısı qatı düşmən gözüylə baxan bir qrup var".

Hafta.az-ın yazdığına görə, bu sözləri AA-ya açıqlamasında erməni politoloq Benyamin Pogosyan deyib. O bildirib ki, başqa bir qrup da var ki, Türkiyəni Azərbaycana verdiyi dəstəyə görə işğalçı donunda görsə də, birbaşa diqaloqun qurulmasını zəruri sayırlar. Üçüncü qrup isə Baş nazir Nikol Paşinyanın tərəfində dayananlardır. Onlar Türkiyənin Qarabağ müharibəsində tutduğu mövqeyi yaddan çıxarmaq və dialoq kanallarını açmaq istəyirlər. Onlar sülh və normallaşma, böplgədə sabitliyin bərqərar olmasını istəyirlər.

Pogosyan bildirib ki, bu gün Ermənistan hökuməti Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, ən azından dialoqa başlamaq istəyir. 

Azərbaycanın Naxçıvan bölgəsiylə fiziki bağlantısını təşkil edəcək Zəngəzur dəhlizi məsələsinin ən çətin məsələ adlandıran Pogosyana görə, "dəhliz"ifadəsi yerinə "tranzit bölgə" işlədilsə, daha yaxşı olar. O əlavə edib ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında təbii dəhlizin yaradılmasını Ermənistanda mövcud olan siyasi qruplardan heç biri istəmir. 

Oxunma sayı 282
Siyasət rubrikasından digər xəbərlər