"Əsrin müqaviləsi" xarici investisiyanın Azərbaycana axınını sürətləndirdi" - Millət vəkili

11:50 20.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az qismi düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək".
Hafta.az-ın yazdığına görə, bu sözləri məşhur iqtisadçı, millət vəkili Vüqar Baramov bildirib. Onun sözlərinə görə, “Əsrin müqaviləsi”nin operator kimi çıxış edən "bp" şirkəti ən çox paya malik idi: ingilslər 34,1 faiz paya sahib ola bilmişdilər. "Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülüb: Chevron-Texaco (10,2 faiz), Lukoil (10 faiz), ARDNŞ (10 faiz), Statoil (8,6 faiz), ExxonMobil (8 faiz), TPAO (6,8 faiz), Devon Energy (5,6 faiz), Itochu (3,9 faiz), Amerada Hess (2,7 faiz). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldildi və 6,5 milyard barreldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb" deyən millət vəkili əlavə edib ki, əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanıldı ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib.
V.Byramov deyib ki, yeni əsrdən Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olub. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Onun sözlərinə görə, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard dollar investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldirilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.
"Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycana müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları yaratdı. "Əsrin müqaviləsi" ilk olaraq ölkənin beynəlxalq güvəsini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi", - deyir V.Bayramov.
Millət vəkili deyir ki, "Əsrin müqaviləsi"nin davamı və onun yaratdığı imkanlar kontektsində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atıb. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının sabit şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.
“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin inkişafını stimullaşdıran bir amildir", - V.Bayramov deyir.
Oxunma sayı 389