"ETSN mönitoriqləri mütəmadi aparır"- AÇIQLAMA

12:08 04.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ölkədə may ayının sonu, iyun ayının əvvəlləri çimərlik mövsümü başlayır. Nəzərə alsaq ki, may ayının 31-ə kimi karantin rejimi davam edəcək. Çimərlik mövsümünün açıq elan edilməsi vaxtı uzana bilər. Bəs Ekolgiya və Təbii Sərvətlər nazirliyi çimərliklə bağlı monitorinqlər aparırmı?

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dedi ki, çimərliklə bağlı monitorinqlərin aparılması nazirliyin işidir, mütəmadi aparılır:

"Nazirlik bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə aparır. Çimərlik mövsümü oldu, olmadı nazirlik bu monitorinqləri mütəmadı aparır".