"Heydər Əliyevin dil siyasəti" mövzusunda konfrans keçirilib

14:05 19.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA-da Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli, akademik Nizami Cəfərov, eləcə də digər qonaqlar, doktorontlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın bir çox institutlarında tədbirlər keçirilməkdə davam edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun siyasi fəaliyyətində dil məsələsinin mühüm yer tutduğu diqqətə çatdırılıb.

Çıxış edən qonaqlar bildiriblər ki, Ulu Öndər ana dilinə - Azərbaycan dilinə daim böyük əhəmiyyət verib. Azərbaycan dilinin inkişafında və onun dünya dilləri sırasında öz layiqli yer tutmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Siyasət rubrikasından digər xəbərlər