"Instagram"ın işində fasilələr yaranıb

09:38 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir sıra ölkələrdə "Instagram" sosial şəbəkəsinin işində fasilələr müşahidə olunur.

Hafta.az-ın məlumatına görə, bu barədə Downdetector xidmətinin saytında bildirilib.

 

Ən çox şikayət ABŞ, Kanada və Böyük Britaniyadan gəlir. Bildirilib ki, ABŞ-da problemlərlə bağlı şikayət edən istifadəçilərin 53 faizi proqramın işindən şikayət edir, 24 faizi sayta daxil ola bilmir, 23 faizi öz hesablarına daxil ola bilmir.