"İranın mövqeyi Ermənistanı şoka saldı" - Erməni politoloq

20:20 02.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Müharibə dövründə İranın mövqeyi Ermənistan əhalisini şoka saldı, insanlar sarsıldı. Ermənilər gözləyirdi ki, İran bölgədə vəziyyətin dəyişməsinə imkan verməyəcək. Çünki əvvəldən İrəvanı buna əmin edirdilər". 

Hafta.az-ın yazdığına görə, bu fikirləri erməni politoloq Benyamin Pogosyan AA-ya müsahibəsində deyib. Bildirib ki, İranın Qarabağla sərhədləri qorumaq üçün hərəkət edəcəyini düşünürdülər. Amma dini rəhbər Əli Hameneinin "Qarabağ torpaqlarını azad edən Azərbaycanı təbrik edirəm" deməsindən sonra xalqda ruh düşkünlüyü yarandı. Buna baxmayaraq, Ermənistan öz müttəfiqi olan İranla isti münasibətlərini yenə də davam etdirir. 

Pogosyan bildirib ki, Ermənistan ötən il Azərbaycanla etdiyi müharibədən sonra Rusiyadan daha da asılı vəziyyətə düşüb. "Rusiyanın Ermənistanda mövqeləri hazırda daha da güclənib. Ermənistan 1991-ci ildən indiyədək Rusiyaya hər zaman bağlı olub, amma indiki qədər yox. Rusiya müharibəni dayandıra bilərdi, amma etmədi. Çünki Qarabağda hərbi qüvvə yerləşdirmək kimi dərin məqsədi vardı. Onlar Ermənistana "Lavrovun planını qəbul etmirsiniz, o zaman müharibə yoluyla qəbul edin" dedilər", - politoloq bildirib. 

Oxunma sayı 390
Siyasət rubrikasından digər xəbərlər