Konstitusiya qanunları, mahiyyət etibarilə bir dövlətin fundamental qanunlarıdır. Hazırda yaşayan hüquq anlayışı var. O zamanla inkişaf edir və təkmilləşir. Əlbəttə ki, konstitusiya anlayışı dünyanın bütün dövlətləri üçün eyni deyil. Lakin ümumiyyətlə, universal dəyərlər və qaydalar mövcuddur. Bunlar mütləq Konstitusiya Məhkəməsində tətbiq edilməsi vacib dəyərlərdir. Biz bilirik ki, həmin dəyərlər Azərbaycanda mövcuddur.
Hafta.az xəbər verir ki, bunu açıqlamasında Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu deyib.

Azərbaycan və Türkiyə konstitusiyalarında ortaq dəyərlər, oxşarlıqlar və fərqliliklər olduqlarını bildirən Y.Seferinoğlu fikirlərinə belə davam edib:
"Təbii ki, hər bir ölkənin öz dinamikası olduğuna görə, konstitusiya qanunlarının tamamilə eyni olmasına ehtiyac yoxdur. Vacib olan odur ki, onlar ölkənin öz dinamikası ilə uyğun gəlirlər. Türkiyə və Azərbaycan konstitusiyalarında ən böyük oxşarlıqlar milli dövlət, bölünməz ərazi anlayışları, seçkilərin mövcudluğu, xalqın iradəsinin önə çıxarılması və fundamental hüquqların qorunmasıdır. Əlbəttə ki, bunların yazılması ilə yanaşı, tətbiqi də çox vacibdir". /acertag/