"Korkut Ata" Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində birgə bəyanat imzalanıb

23:59 12.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, bəyanatda "Korkut Ata" Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin keçirilməsi kimi bir sıra məsələlər nəzərdə tutur.