"Kovid-19" həqiqətləri - 1963-cü ildə "Omikron" filmi çəkilibmiş

10:30 04.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İki ildən artıqdır dünyanı əsirə çevirərək, milyonlarla insanın həyatına son qoyan koronavirus pandemiyasının səbəbkarı kimi yarasalar və digər vəhşi heyvanlar göstərilsə də, onun əslində laboratoriyada hazırlanmış bioloji silah olduğunu aşkarlayan növbəti fakt üzə çıxıb.

Hafta.az-ın yazdığına görə, xüsusilə də son vaxtlar ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan və sürətlə Afrikanın digər subyektlərinə, həmçinin dünyaya yayılan "Omikron" ştammı ilə bağlı heyrətamiz iddia ortaya çıxıb. İddiada qeyd olunur ki, "Omikron" variantı əslində II Dünya müharibəsindən sonrakı illərdə mövcud idi və hətta 1963-cü ildə bununla bağlı film də çəkilib. 

1960-cı illərin ilk yarısında çəkilən film pandemiyanın sonrakı mərhələsinin necə olacağını göstərirmi, yoxsa tamamilə başqa bir şeyə işarə edir? 1964-cü ildə geniş ekranlara çıxarılaraq yayınlanmış "Omikron" haqqında nəyi bilməliyik?

Qeyd edək ki, bu günki "Omikron" ştammı adını yunan əlifbasının son hərfindən alır. Amma məhz bu adda 1963-cü ildə, İtaliya rejissorları tərəfindən istehsalı olan filmin eyni adı və təxminən eyni mənanı daşıması bir qədər şübhə oyatmırmı? Necə ki, Nyu Yorkda yaşayan bir yazıçı 1981-ci ildə koronavirusdan bəhs edən, hətta olunun məhz Çində yarandığını, milyonlarla insanın ölümünə səbəb olduğunu göstərən kitab yazıb... 

Rejissor Ugo Gregoretti tərəfindən çəkilmiş filmdə Yer kürəsini tanımaq üçün bir insanın bədəninə girən və bu yolla bütün dünyanı ələ keçirən yadplanetlinin hekayəsindən danışılır. Bəli, Yer insanının orqanizminə daxil olaraq bütün dünyanı ələ keçirən yadplanetli...

Film hətta Venesiya Beynəlxalq Film Festivalının 24-cü ildönmündə əsas mükafata namizəd də göstərilib.

3 sentyabr 1963-cü ildə ilk primyerası olan "Omikron" filminin rejissoru və ssenari müəllifi Ugo Gregoretti, prodüsseri Franko Kristaldidir. Film Lux Film, Vides Cinemotografica və Ultra Film studiyaları tərəfindən birgə istehsal olunub. 

Oxunma sayı 473