"Mançester Yunayted"in sabiq qapıçısı xərçəngdən dünyasını dəyişdi

22:49 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mançester Yunayted"in və Şotlandiya millisininn sabiq qapıçısı Endi Qorhem vəfat edib .

Hafta.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. Qorhem 58 yaşında qida borusu xərçəngindən dünyasını dəyişib. "Mançester Yunayted" keçmiş şotlandiyalı futbolçunun vəfatı ilə bağlı başsağlığı verib.

Qorhem 1981-ci ildən 2004-cü ilə qədər davam edən peşəkar karyerası ərzində “Reyncers”, “Mazəuell”, “Koventri Siti”, “Hibernian” və digər komandalarda çıxış edib.O, 2000/01-ci illərdə icarə əsasında "Mançester Yunayted"də oynayıb.

Oxunma sayı 218