Erməni güləşçilər Bakıya gəldilər

11:43 26.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın 17 yaşadək yunan-roma güləşi üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.

Bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Ermənistanı bu çempionatda Vazgen Vardanyan, Ararat Avetisyan, Gevorq Arutyunyan, Geqam Yegizaryan, Artuş Petrosyan, Vazgen Mnatsakanyan, Canes Nazaryan, Vage Oveyan, Aleksan Şalcyan və Xaçik Xaçatryan təmsil edəcək.

Yarışlara iyulun 27-də start veriləcək.