"Mənə "vaxtıkeçmiş" aparıcı deyir"

15:27 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kömək etdiyin adamların sənə paxıllıq etdiyini, düşmən kəsilidiyini görəndə ürəyin ağrıyır. Bir tələbəm var idi, indi də var. Aparıcı olacaqdı, çox uzağa getdi. Onun qolundan tutdum, dərs keçdim, ilk addımlarını mənimlə atdı. Onu hazırlayırdım. Mənim üçün dedi ki, "vaxtıkeçmiş" aparıcı".

Hafta.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, adını açıqlamadığı aparıcıya yardım etdiyini, amma ondan qeyri-etik ifadə eşitdiyini bildirib:

"Başqa bir aparıcının təsiri altına düşüb, elə bir status yazdı. Müəllimi, onu sıfırdan hazırlayan biri üçün belə söz dedi. Ona bütün qapıları açdım, yanımda yer də verdim. Güldüm, amma çox qəlbimə dəydi. İnsan müəllimi üçün belə söz deyər? Biri var özümə desin, biri də var ictimai yerdə. Mən də qəşəng geyindim, çıxdım efirə. Oynadım, dedim, atam kimin vaxtı keçib? Mən hələ indi başlayıram. Sizi sevindirə bilməyəcəyəm, bağışlayın". axsam.az

Oxunma sayı 133