"Minsk Qrupunun bağlanması həyati addımdır"

14:17 04.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk qrupunun bağlanması qərarı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyən həyati dərəcədə vacib addımdır.

Hafta.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen bildirib.

"Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında biz ATƏT-in Minsk Qrupunu və onun əlaqəli strukturlarını bağlamaq barədə qərar qəbul etdik. Bu, sülh prosesinin dəstəklənməsi, eləcə də ATƏT-in büdcəsinin təsdiqinə əsas maneənin aradan qaldırılması istiqamətində mühüm addımdır", - E.Valtonen qeyd edib.