Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Əvvəlcə “Zirə” “Sumqayıt”ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Daha sonra isə “Neftçi” doğma meydanda “Səbail”lə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah oynanılacaq 2 görüşlə yekun vurulacq.
5 mart
“Neftçi” – “Səbail” - 2:0
Qollar:Bezerra, 73, Azər Salahlı, 79
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”
“Zirə” – “Sumqayıt” - 1:0
Qol: Mohamed Hamdaui, 65
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu
6 mart (bazar)
17:00.“Keşlə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”
19:15.“Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena"