"Polşa "Şimal axını" araşdırmasını ləngidir"

09:05 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“The Wall Street Journal” qəzeti Polşa rəsmilərinin “Şimal axını”nın təxribatı ilə bağlı əllərində olan məlumatları gizlətdiklərini iddia edən bir xəbər yayımlayıb.

Hafta.az-ın yazdığına görə, qəzet iddia edib ki, Polşa nazirlikləri beynəlxalq müstəntiqlərlə əməkdaşlıqdan yayınır və istintaqa mane olur.

“Şimal axını” və “Şimal axını 2” təbii qaz boru kəmərləri 26 sentyabr 2022-ci ildə baş vermiş partlayışdan sonra yararsız hala düşüb. Danimarka, Almaniya və İsveç hadisə ilə bağlı birgə araşdırma aparır. Noyabrda “Washington Post” və “Der Spiegel” qəzetləri partlayışın arxasında keçmiş Ukrayna hərbçisinin olduğunu yazmışdı. Keçmiş xüsusi əməliyyatlar polkovniki Roman Çervinski iki qəzetin iddialarını “spekulyasiya” kimi qiymətləndirir.