"Prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük, türk xalqı bilməlidir ki, biz Ərdoğanı xeyirxah və böyük ürəkli olduğu üçün çox sevirik. Ən çətin illərimizdə, yaşadığımız ən pis şəraitdə Ərdoğan həmişə Venesuelanın yanında olub. O, ölkəmizə sevgi və şəfqət əlini uzadıb. Türk xalqına və Ərdoğana salamlar".
Hafta.az-ın yazdığına görə, bunu Venesuela Prezidenti Nikolas Maduro Miraflores sarayında Türkiyə nümayəndə heyətini qəbul edərkən deyib. Ölkəsinə investisiya çağırışı edən Maduro, "Venesuela təbii sərvətlərlə zəngin bir ölkədir. Qızıl, dəmir, polad, alüminium və almaz hasilatı kimi iqtisadiyyatın bütün sektorlarında qarşılıqlı etibarla investisiyalara açığıq. Burada həmişə qardaşlıq tapacaqsınız, Venesuelaya qoyduğunuz sərmayələrə görə minnətdaram. Allah Türkiyəni qorusun, Allah Venesuelanı qorusun" deyib.