"Qarabağ atları" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib

09:10 24.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviyanın Azərbaycandakı Səfirliyi Arts Council of Azerbaijan QHT və İçəriŞəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə 24-28 sentyabr tarixlərində, Art Tower Galereyasında latviyalı fotoqraf və rəssam Dase Ştrausanın "Qarabağ atları" adlı sərgisini təşkil edib.

Hafta.az-ın yazdığına görə, Latviyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə sözügedən sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən latviya səfirliyinin müşaviri xanım Vija Busa sərginin əhəmiyyətindən, rəsmlərin yaranması haqda söz açıb. Xanım diplomat bildirib ki, çox təəssüf, rəssam Dase Ştrausa pandemiya səbəbindən açılış mərasimində iştirak edə bilmir. Amma göründüyü kimi, biz hazırda onun yaratdığı rəsm əsərləri ilə təmasdayıq.

"Rəssam dase Ştrausa paytaxt Bakıda 3 il yaşayıb, onun mədəniyyəti və insanları ilə yaxından tanış olub. O, Azərbaycanda yaşadığı illərdə məhz bu gün rəsmlərini seyr etdiyimiz Qarabağ atları ilə də təmasda olmaq şansı qazanıb. Demək olar ki, hər gün atları görmək üçün gedərmiş. O vaxt atların fotoşəkillərini çəkib. Gördüyümüz bu rəsmlər çəkilərkən həmin fotoşəkillərə baxsa da, əslində öz yaddaşının gücündən ilhamlanıb" deyən diplomat xanım əlavə edib ki, rəssam təmasda olduğu Qarabağ atlarını o qədər bağlı olub ki, onları üzünə baxmaqla adlanının nə olduğunu deyə bilirmiş. 

Rəsmi hissə başa çatandan sonra tədbir gənc xanəndənin ifasında Qarabağ muğam və təsnifləri ilə davam edib. 

Oxunma sayı 457