"Qarabağ" Azərbaycan çempionu oldu

21:10 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb. 

Günün ikinci matçında "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu, Qurban Qurbanovun baş məşqçiliyi altında 8-ci çempionluğudur. 

3 may (çərşənbə axşamı)

“Qarabağ” – “Sabah” - 1:1 
Qollar: Kadi Borqes, 47 (1:0), Kristian Da Silva, 60 (1:1)

Qırmızı vərəqə: Patrik Andrade, 57 - ikinci sarı vərəqə ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Azersun Arena”

“Şamaxı” – “Səbail” - 0:0 
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu

4 may (çərşənbə)

17:45. “Zirə” – “Qəbələ”
Hakimlər:
 Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər
: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena”