Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.
Hafta.az.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə, "Sabah" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda isə "Qarabağ" "Qəbələ"ni qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
6 mart
“Qarabağ” – “Qəbələ” - 5:1
Qollar: Kadi Borqes, 16 (1:0), İsnik Alimi, 40-pen. (1:1), Vadji İbrahima, 50 (2:1), Kevin Medina, 65 (3:1), Filip Ozobiç, 68 (4:1), Abdullah Zubir, 88 (5:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Azersun Arena"
“Keşlə” – “Sabah” - 0:1
Qol: Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
“ASK Arena”
5 mart
“Neftçi” – “Səbail” - 2:0
“Zirə” – “Sumqayıt” - 1:0