Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.
Hafta.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib. Ağdam klubu 3-cü səbətdə yer alıb.
36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.
"Qarabağ"ın rəqibləri
1-ci səbətdən: "Tottenhem", İngiltərə (səfərdə), "Ayaks" Niderland (evdə)
2-ci səbətdən: "Olimpiakos", Yunanıstan (səfərdə), "Lion" (Fransa) (evdə)
3-cü səbətdən: "Malmö", İsveç (evdə)," Bodo Glimqt" Norveç (səfərdə)
4-cü səbətdən: "FCSB", Rumıniya (evdə), "Elfsborq" İsveç (səfərdə)
Avropa Liqası, Liqa mərhələsinin püşkatması
1-ci səbət
"Roma" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə)
"Portu" (Portuqaliya)
"Ayaks" (Niderland)
"Reyncers" (Şotlandiya)
"Ayntraxt" (Almaniya)
"Latsio" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Slaviya" (Çexiya)
2-ci səbət
"Real Sosyedad" (İspaniya)
"AZ Alkmaar" (Niderland)
"Braqa" (Portuqaliya)
"Olimpiakos" (Yunanıstan)
"Lion" (Fransa)
PAOK (Yunanıstan)
"Fənərbaxça" (Türkiyə)
"Makkabi" (Tel-Əviv, İsrail)
"Ferentsvaroş" (Macarıstan)
3-cü səbət
"Qarabağ" (Azərbaycan)
"Qalatasaray" (Türkiyə)
"Viktoriya" (Çexiya)
"Budo-Qlimt" (Norveç)
"Yunion" (Belçika)
"Dinamo" (Kiyev, Ukrayna)
"Ludoqorets" (Bolqarıstan)
"Midtülland" (Danimarka)
"Malmo" (İsveç)
4-cü səbət
"Atletik" (İspaniya)
"Hoffenhaym" (Almaniya)
"Nitsa" (Fransa)
"Anderlext" (Belçika)
"Tvente" (Niderland)
"Beşiktaş" (Türkiyə)
FKSB (Rumıniya)
RFŞ (Latviya)
"Elfsborq" (İsveç)