"Qarabağ" - “Linkoln” oyununa 18500 bilet satılıb

14:17 19.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi cavab oyununa 18500 bilet satılıb.

Hafta.az-ın yazdığına görə, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş bu gün saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.