“Sumqayıt”ın müdafiəçisi əməliyyat olundu

16:53 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sumqayıt”ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

Hafta.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə matçın gedişində zədələnən gənc oyunçu Türkiyənin paytaxtı Ankarada uğurlu əməliyyat keçirib.

Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.