"1990-cı illərdən bəri qardaş ölkə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı davam edib. Qarabağ Zəfərindən öncəki və sonrakı Azərbaycan çox fərqlidir".
Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərə deyib. O bildirib ki, Qarabağ Zəfərindən öncə hər dəfə Azərbaycana gəldiklərində inanılmaz əzilmişlik, ümidsizlik hiss edirdi. İndi isə hər şey tamamilə fərqlidir. "Keçən il həyata keçirilmiş 44 günlük hərbi əməliyyatlarda Azərbaycan bambaşqa bir dövlətə çevrilib. İşğal altındakı torpaqlar düşmən əsarətindən azad edilib. Bu əməliyyatlarda Türkiyə tərəfindən planlaşdırma, təşkilati, təlim, sözçülük adı altında Azərbaycan ordusuna sonunadək hər cür dəstək verildi və çox şükür ki, bu zəfər qazanıldı. O vaxt Azərbaycana getməsək olmazdımı, xeyr, olmazdı! Həm beynəlxalq maraqlarımız, həm də qardaşlıq hüququ baxımından olmazdı. Azərbaycanlı qardaşlarımız bu şəkildə zəfərlərini qazanmış oldular və təbii ki, Türkiyənin də böyük dəstəyi ilə", - deyib qardaş ölkənin Milli Müdafiə nazirinin müavini.