"Qazaxıstanın iqtisadi 6,2 faiz böyüyüb" - Serik Jumanqarin

10:03 15.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda bu ilin yanvar-iyun aylarının yekunlarına əsasən, iqtisadi artım ötən ilin ilk beş ayı ilə müqayisədə 0,2 faiz bəndi sürətlənərək 6,2 faiz təşkil edib.

Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstan hökumətinin iclasında baş nazirin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin məlumat verib.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir. Real sektorda artım 8 faiz, xidmətlər istehsalı 5,2 faiz artıb. Əsas sürücülər nəqliyyat və tikintidir. Ticarət canlanıb və mədənçıxarma sənayesi, emal sektoru 5,5 faiz, kənd təsərrüfatı 3,7 faiz artmaqda davam edir", - nazir bildirib.

“Əsas kapitala investisiyalar 19,3 faiz artıb. İnvestisiyaların ən böyük artımı gələcəyin iqtisadiyyatını formalaşdıran sahələrdə - təhsildə 3,5 dəfə, maliyyə fəallığında 86,2 faiz, emal sənayesində 48,9 faiz, səhiyyədə 32,8 faiz, nəqliyyatda 16,2 faiz artıb. Eyni zamanda, taxıl daşımalarının həcminin artması nəqliyyat və ticarət xidmətlərinin inkişafına öz töhfəsini verib. İxrac 35,2 faiz artaraq 11,8 milyon ton taxıl və un təşkil edib, 9 milyon ton taxıl isə son 13 ildə maksimumdur. Əsas istiqamətlər: Özbəkistan, Tacikistan, İran, Azərbaycan. Xarici ticarətin ümumi azalmasına baxmayaraq, Qazaxıstan 6 milyard dollarlıq müsbət ticarət saldosunu qoruyub saxlayır”, - Serik Jumanqarin deyib.

Xatırladaq ki, hökumətin növbəti iclasının bugünkü gündəliyinə 2025-ci ilin yanvar-iyun aylarının sosial-iqtisadi inkişafının yekunları və respublika büdcəsinin icrasının yekunları daxildir.