"Qazprom" Çinə təbii qaz tədarükünü artırıb

09:58 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın enerji şirkəti "Qazprom" boru kəməri ilə Çinə təbii qaz nəqlini artırıb.

Hafta.az-ın yazdığına görə, “Qazprom”un verdiyi açıqlamada bildirilib ki, “Sibirin Gücü” boru kəməri ilə gündəlik yükdaşıma həcmi müqavilə öhdəliklərini aşmaqda davam edir.

2023-cü ildə Rusiya Çinə 22,7 milyard kubmetr qaz göndərib. 2024-cü ildə bu rəqəmin daha da yüksək olacağı gözlənilir.

“Sibirin Gücü” xəttinin illik gücünün 2025-ci ildə 38 milyard kubmetrə çatması planlaşdırıldığı halda, “Qazprom” “Sibirin Gücü 2” xəttinin tikintisi ilə Çinə ümumi təbii qaz nəqlinin həcmini təxminən 100 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Rusiya boru kəmərlərindən başqa Çinə ixrac etdiyi mayeləşdirilmiş LNG təbii qaz tədarükünü də artırıb.

Oxunma sayı 161