"Real" Kilian Mbappenin transferini açıqlayıb

23:24 03.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Real" komandası fransalı futbolçu Kilian Mbappeni transfer edib.

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransa millisinin üzvü daha əvvəl PSJ-dən ayrılacağını açıqlamışdı.

Qeyd edək ki, K. Mbappe PSJ forması ilə 306 matçda 255 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb.