“Rusiya Qazaxıstanın Türkiyə ilə yaxın münasibətlərindən çox rahatsızdır. Rusların əsas məqsədi yenidən Qazaxıstana qayıtmaq olub. Ona görə də bu hadisələrdən fürsət olaraq istifadə etdilər".
Hafta.az-ın yazdığına görə, bu sözləri türkiyəli təhlükəsizlik üzrə mütəxəssis, istefada olan polkovnik Mithat İşık deyib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı hadisələrin səngiməsində aktiv rol oynamalıdır.
Polkovnik qeyd edib ki, FETÖ terror təşkilatının çox böyük təsirə malik olduğu ölkələrdən biri məhz Qazaxıstandır. 53 şirkət, 8 dərnək və 27 məktəb vasitəsilə Qazaxıstanda fəaliyyət göstərən FETÖ-nün kimlərə işlədiyi də hər kəsə aydındır. "Qazaxıstan hökuməti təşkilatın təsirini də diqqətə almalıdır. Qazaxıstan Orta Asiyanın ən zəngin yeraltı qaynaqlarına malik bir ölkəsidir. Rusların Qazaxıstandan tələbləri də vardı: 1. Krım Rusiyanın ərazisi kimi tanınmalı, 2. Qazaxıstan rus (kiril) əlifbasına qayıtmalıdır. Ona görə də ba. verənlərin sırf benzinin qiyməti ilə əlaqələndirilməsi naşılıq olardı. Bölgədə şahmat oyunu oynanır və bu proses bütün bölgəyə təsir edəcək. Arzu edirəm bundan sonrakı proseslər Qazaxıstanın xeyrinə inkişaf etsin”, - deyib təhlükəsizlik mütəxəssisi.