"Rusiya Qərbin tətbiq edə biləcəyi sanksiyalardan qorxmur" - Səfir Viktor Tatarintsev

16:40 13.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Rusiya Federasiyası Ukraynaya növbəti müdaxilə üçün Qərbin potensial sanksiyalarından qorxmur".

Hafta.az-ın yazdığına görə, bunu Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev qeyri-diplomatik şəkildə İsveçin “Aftonbladet” nəşrinə müsahibəsində bildirib.

"Biz onların bütün sanksiyalarından incidik. Onsuz da o qədər sanksiyalarımız var idi ki... Onlar bir çox cəhətdən iqtisadiyyatımıza və kənd təsərrüfatımıza müsbət təsir göstərdi. Biz özümüzü daha çox təmin etdik və ixracı artıra bildik. Bizdə nə italyan, nə də isveçrə pendirləri var, lakin biz italyan və İsveçrə reseptlərinə uyğun olaraq eyni dərəcədə yaxşı rus pendirlərini necə hazırlamağı öyrənmişik”, - deyə Tatarintsev bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi baş verəcəyi təqdirdə Avropa İttifaqı və ABŞ-ın tətbiq edə biləcəyi yeni sanksiyalar müsbət olmasa da, hər halda Qərbin təsvir etməyə çalışdığı qədər təhlükəli deyil. Tatarintsev deyir ki, Qərb dünyası rus mentalitetini başa düşməyib.

“Qərb ruslara nə qədər çox təzyiq etsə, ruslar onların əks-reaksiyasında bir o qədər güclü olurlar”, - səfir bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bir gün əvvəl telefon danışığında rusiyalı həmkarı Vladimir Putinə Ukraynaya müdaxilənin Rusiya üçün nəticələri barədə xəbərdarlıq etmişdi.

Cümə günü ABŞ, Fransa, Kanada və Almaniya liderləri Ukraynaya qarşı yeni təcavüz olacağı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək planlarını təsdiqləyiblər.

Siyasət rubrikasından digər xəbərlər