Cüdoçumuz Qran-Pri turnirində bürünc medal qazanıb

15:52 26.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk yarış günündə bürünc medal qazanıb.

Hafta.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının məlumatında qeyd edilib. Bildirilib ki, 60 kiloqram çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Sabah yığmanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Azərbaycanın 17 cüdoçu ilə təmsil olunduğu turnirə iyunun 28-də yekun vurulacaq.