Yazını böyüt
Yazını kiçilt
“Araz-Naxçıvan” futbol klubunun İdarə Heyətinin iclası keçirilib.
Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, toplantıda yeni mövsümə hazırlıq, akademiya komandalarının yenidən formalaşdırılması və əsas komandanın transfer fəaliyyəti müzakirə olunub.
İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ceyhun Sultanov futbolçu karyerası ərzində “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ” və İranın “Maşınsazi” klublarının formasını geyinib. O, Azərbaycan milli komandasının da şərəfini qoruyub. İdarəçi kimi isə müxtəlif illərdə “Sumqayıt”, “Neftçi” və “Keşlə” klublarında fəaliyyət göstərib.