"Sabah"dan millimizin üzvü ilə yeni müqavilə

12:19 05.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” futbolçusu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.

Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

Qeyd edək ki, "Sabah" buna qədər  Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da müqaviləni yeniləyib.