"Sabah" Türkiyədə 4-cü oldu

18:25 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Antalya şəhərində keçirilən "Junior Worl Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-15 komandası turnirdə çıxışını başa vurub.

Hafta.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda qrup mərhələsində Almaniya çempionu "Herta"ya (Berlin, 0:6) məğlub olub, Türkiyənin "Başakşehir Kartal" (2:0) və Rusiyanın "Kosmos Moskva" (6:1) komandalarına qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalda Almaniyanın "Speyer 09" komandasına qalib gələn (1:0) "Sabah" yarımfinala adlayıb. U-15 bu mərhələdə Argentina çempionu "River Pleyt"ə uduzub (1:3). Elvin Həsənovun baş məşqçisi olduğu komanda 3-cü yer uğrunda matçda CAR-ın "Kuoh Foundation Academy" komandasına məğlub olub (0:1). 

"Sabah" 16 komandanın yarışdığı beynəlxalq turniri 4-cü pillədə başa vurub.

Oxunma sayı 119