"Şanxay" iqtisadi sahədə ciddi rol almağa iddialıdır" - Natiq Cəfərli

18:17 16.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Səmərqənddə baş tutan sammit ilklərlə doludur.   Toplantıya bir çox ölkələrin qatılması, həm də pandemiyadan sonra üz-üzə görüşmələrin baş tutması bu görüşü maraqlı edən mühüm məqamdır".

Bunu hafta.az-a politoloq Natiq Cəfərli Azərbaycan Prezidentinin də qatıldığı Səmərqənd görüşünü şərh edərkən bildirib.

Politoloq bildirib ki, dünya ölkələrinin az qala yarıdan da çoxunu təmsil edən ölkələrin orda iştirakçı, yaxud müşahidəçi qismində təmsil olunması gələcəkdə bu təşkilatın ən azı iqtisadi sahədə ciddi rol alacağına iddialı olmasından xəbər verir.

"Azərbaycan prezidentinin, eləcə də Türkiyə prezidentinin sammitdə iştirakı hər iki ölkənin koordinə olunmuş şəkildə xarici siyasət yürütməsinin bir nəticəsidir. Azərbaycan və Türkiyənin sammitdə iştirakı bölgəmizdə, ümumiyyətlə dünyada olan proseslərə hər iki ölkənin ortaq baxışlarının təmsilçiliyindən xəbər verir.

Azərbaycan prezidentinin keçirdiyi görüşlər iqtisadi məsələlərə müsbət təsir göstərəcək. Məsələn, Çinin dövlət rəhbəri ilə görüş  bu mənada çox maraqlı idi. Eyni zamanda həmin platformalarda digər görüşlər də olacaq. Çox güman ki, Putinlə də görüş baş tutacaq və burada bölgəmizdə baş verən son proseslər, Ermənistanın təxribatları, sülhdən qaçması müzakirə olunacaq",

Politoloq hesab edir ki, ümumiyyətlə, bu tipli sammitlərdə iştirak istənilən ölkə üçün xarici siyasətdə praktik mövqe almağa kömək olur.