"Səbail"də ilk ayrılıq

20:20 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Səbail"in müdafiəçisi Adil Nağıyev komandadan ayrılıb.

Hafta.az xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib.

“5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”, - Nağıyev bildirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi.