"Sədərək"dəki yanğınla bağlı polis tədbir görür

12:25 24.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Hafta.az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir. Həmçinin, təhlükəsizlik və digər zəruri tədbirlər də görülür.