"Telegram"ın işində nasazlıqlar yaranıb

19:21 04.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində nasazlıqlarla üzləşiblər.

Hafta.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Telegram"ın işində texniki nasazlıqlar əsasən Rusiya, Ukrayna, Belarus, Bolqarıstan və ABŞ-da müşahidə edilib.

İstifadəçilərin təxminən 83 faizi serverə qoşulmaqda, 16 faizi isə ismarıcların göndərilməsində çətinliklə üzləşib.