"TRIPP Azərbaycanın ortasında olduğu böyük bir kəmərin ərsəyə gəlməsi deməkdir"

10:24 16.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“TRIPP layihəsinin potensialı Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün çox böyükdür”.

Hafta.az xəbər verir ki, bu sözləri açıqlamasında amerikalı ekspert Ariel Kohen deyib.

O bildirib ki, layihə Orta Asiyanı və Xəzər bölgəsini Türkiyə ilə və daha sonra Aralıq dənizi limanları ilə birləşdirir:

“Nəticə etibarilə, sabit İraq və Suriya olarsa, bu, Qafqazı Yaxın Şərqlə də birləşdirəcək. Bu o deməkdir ki, Abraham Sazişi ölkələrinin və Prezident İlham Əliyevin müdrikcəsinə Bakını mərkəzinə qoyduğu Mərkəzi Asiya ölkələrinin sırası genişlənəcək. Bu, Azərbaycanın tam ortasında olduğu böyük, gözəl bir kəmərin ərsəyə gəlməsi deməkdir”.