"Türk milləti Ermənistanı tarixdən və coğrafiyadan siləcək gücə malikdir" - Mustafa Dəstici

12:45 15.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Türkiyə və Azərbaycanın bölgədə sülhü təmin etmək üçün atdığı hər addım Ermənistan tərəfindən təxribata məruz qalır".

Hafta.az-ın yazdığına görə, bunu Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Dəstici deyib. Hakim Cümhuriyyət ittifaqının ortağı olan BBP lideri deyib: "Biz Ermənistan rəhbərliyinə deyirik ki, qərar vermək vaxtınızdır. Bir daha xatırladıram ki, türk milləti Ermənistanı tarixdən və coğrafiyadan siləcək gücə malikdir və səbrimizin son nöqtəsində dayanıblar. Ermənistanın təxribatlarının yalnız öz xırdalıqları və ərköyünlükləri ucbatından baş verdiyini düşünmək kimi səhvlərə heç vaxt düşməməliyik".

Cənab Dəstici deyib ki, Ermənistan və Yunanıstanın son dövrlərdəki “aqressiv”, “qayda pozucu” və “qanunsuz” hərəkətlərinin oxşarlığı, istiqaməti və nəzarəti hər kəsə aydındır. Ermənistan və Yunanıstan Türkiyənin şərqdə türk dünyası, qərbdə isə Avropa ilə əlaqəsini kəsmək üçün qurulmuş “baryer” və “oyuncaq” dövlətlərdir.

"Uydurmalarına və qurma məqsədinə görə heç vaxt müəyyən etdikləri siyasət olmayıb. Türkiyə öz ölkəsinin, sərhədlərinin, millətinin və qardaşlarının təhlükəsizliyinə gəldikdə heç vaxt qaynar bir qarşıdurmaya girməkdən çəkinməyəcək. Əlhəmdülillah, Türkiyənin arxasında kimin olmasından asılı olmayaraq hər iki dövləti əzməyə gücü, iradəsi və əzmi var. Lazım gələrsə vuruşacağıq və bütün təxribatçılar təməlində oynadıqları sülhün xarabalığı altına düşəcəklər", - deyib BBP lideri.

Siyasət rubrikasından digər xəbərlər