"Ukrayna müharibəsi Britaniya ordusunun kritik zəifliyini göstərdi"

18:46 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynadakı müharibəsi Britaniya artilleriyasının ciddi zəifliyini göstərdi. Bu barədə Krallığın müdafiə naziri Ben Uollesə istinadən The Telegraph qəzetinin köşə yazarı Dominik Nikols bildirib.

Beləliklə, Uolles bildirib ki, Britaniya ordusu son nəsil raketləri qəbul etməyə qadirdir, çünki Ukrayna münaqişəsi Britaniyanın artilleriya sistemlərinin dönməz şəkildə köhnəldiyini və yenilənməyə ehtiyac olduğunu nümayiş etdirib. Nazir bildirib ki, Britaniyanın silahlı qüvvələrinin tərkibində ən mühüm yer tutan AS-90 özüyeriyən haubitsalar xüsusiyyətlərinə görə digər ölkələrdən olan həmkarlarından xeyli aşağıdırlar.

Nikols öz növbəsində bildirib ki, Britaniya hökuməti artilleriya sistemlərinin təkmilləşdirilməsi üçün 24 milyard funt sterlinq ayırmaq niyyətindədir, lakin bütün məbləğ sursatların modernləşdirilməsinə yönəldilməyəcək. Bu vəsaitin təxminən yarısı inkişaf layihələri və tədqiqatlar üçün ayrılacaq, daha 6 milyard funt-sterlinq isə nazirliyin büdcəsindəki “qara dəliyin” doldurulmasına sərf olunacaq.