Yazını böyüt
Yazını kiçilt
Ukraynadakı münaqişə ədalətli və davamlı sülhlə başa çatmalıdır, dövlət katibi Entoni Blinken The Wall Street Journal-ın ev sahibliyi etdiyi konfransda deyib.
Blinken vurğulayıb ki, Ukraynadakı münaqişə "demək olar ki, diplomatiya, danışıqlarla yekunlaşacaq", lakin onun fikrincə, "saxta deyil, ədalətli və davamlı sülh" bağlanmalıdır.
Dövlət katibinin sözlərinə görə, atəşkəs “saxta” olacaq ki, bu da “vəziyyəti donduracaq” və Rusiyanın nəzarətinə keçən ərazilərin statusu ilə bağlı danışıqları təxirə salacaq. Blinkenin fikrincə, belə bir razılaşmanın ardınca "istirahət, yenidən hazırlıq, yenidən qruplaşma, yenidən hücum" olacaq.