Rusiyanın Çelyabinsk şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş muzdluları ilə yerli kriminallar arasında münaqişə baş verib.
Hafta.az bu haqda “TSN”ə istinadla xəbər verir.
"VÇK-OQPU" təhqiqatlar layihəsi bildirir ki, mayın 25-dən şəhərdə polis xüsusi təyinatlılarının iştirakı ilə patrul xidməti gücləndirilib.
Mənbələrin dərc etdiyi videodan da sübut olunduğu kimi, "vaqner"çilərin qalib gəldiyi davalardan birində yaralanan tərəf köməyə çağırıb, bundan sonra keçmiş döyüşçülər travmatik tapançalarla güllələnib. Ən azı iki muzdlu həkimə müraciət edib.
İndi "vaqner"çilər" öz "silah yoldaşlarını" Çelyabinskdə döyüşə çağırırlar.
Döyüş təcrübəsi olan keçmiş muzdlular bütün ərazilərdən bu Rusiya şəhərinə axışır. Sosial şəbəkələr üzərindəki söhbətlərində onlar “qardaşlarını” güllələyən yerli cinayətkarlara qarşı basqınları müzakirə edirlər.
Xatırladaq ki, Ukraynaya qarşı müharibədə iştirak etmiş iki yüzə yaxın rusiyalı vətənə qayıdarkən zorakılıq törətməkdə təqsirli bilinərək həbs edilib.