"Virtual məktəb"də yenilik tətbiq edilib - VİDEO

12:24 15.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Virtual məktəb"də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik tətbiq edilib.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, “Virtual məktəb”ə yeni “Birgəlik regimi” əlavə olunub. Bu rejim onlayn dərs iştirakçılarına vahid məkanda görüşmək imkanı verir. Həmçinin rejim onlayn dərslərdə şagirdləri komanda şəklində hiss etməyə və geniş virtual fon effektləri ilə müxtəlif mühitlərə səyahət etməyə şərait yaradır.

Yeni funksiyadan faydalanmaqla dərslərini daha maraqlı təşkil etmək istəyən müəllimlər videotəlimatla tanış ola bilərlər.