"İnklüziv əlilliyi olan insanların həyatda köklü dəyişikliklərə səbəb olaraq onların özünüqiymətləndirməsinin yüksəlməsinə, özünəinamın artmasına kömək edir".
Hafta.az yazır ki, bu sözləri incəsənət və yaradıcı özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunmuş tədbirdə BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti deyib. Onun sözlərinə görə, inklüziv cəmiyyətdə fərqli qabiliyyətlərə malik şəxslər onlar üçün münbit mühitdə çoxsaylı faydalı imkanlardan yararlanır. Bu cür mühit effektiv kommunikasiyaya əngəl olan maneələri aradan qaldırır, əlilliyi olan şəxslərin icma həyatında iştirakını artırır, onların müstəqil yaşamaq bacarıqlarını artırır.
"Bu gün bəlkə də diqqətdən kənarda qalan insanları görməkdən məmnunam. Son bir neçə ayda burada müntəzəm dərslər keçirilir və 60-dan çox şagird burada verilən təhsildən yararlanır. Əlimizdən gələni edib xüsusi ehtiyaclı insanlara yardım etməliyik. Hansı ki, dünyada onların sayı 1 milyarddan artıqdır. Arzu edərdim ki, burada gördüyümüz işlər, həyata keçirilən layihə hər yerdə keçilsin" - BMTİP nümayəndəsi deyib.