"Yaxın dostumu itirdim" - Şeyx

10:26 20.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Hafta.az xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:

"Orada başsağlığı verdim. II İliya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Yaxın dostumu itirdim. Allah ona rəhmət eləsin".