"Zirə" Konfrans Liqasında "Makkabi"yə uduzub

22:13 21.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxıb.

Hafta.az xəbər verir ki, "Dalğa Arena"da oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Komandalar arasında cavab matçı bir həftə sonra Təl-Əvivdə olacaq.

Qeyd edək ki, bu cütün qalibi 3-cü  təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq. 

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

"Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) - 0:3
Qollar: Qavriel Kaniçovski, 18, Gorge Yovanoviç, 22, 54

Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya)